Məşhur rəqqasə səssiz-sədasız evləndi - Fotolar

7 Oktyabr 2017 15:17 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Tatlısəsin 'İbo Şov' proqramı ilə oriyental rəqsə damğa vuran Asena 3 il birlikdə olduğu Həsən Dərə ilə ailə həyatı qurub. Shangri-La Bosphorus Hoteldə keçirilən toya cütlüyün ailələri və yaxın dostları qatılıb.

Asena nikahdan əvvəl gələcək həyat yoldaşı Həsən Dərəyə olan sevgisini belə ifadə edib: "Səni çox sevdiyimi bilirsən. Sən mənim həyatımsan. Nəfəsim, hər şeyimsən. Keçmişim və gələcəyimsən. Səndən əvvəlim yox. Mənimlə bu gecə ölənədək eyni yastığa baş qoymaqa hazırsanmı? Sənin köklü, qürurlu soyadını daşımaq istəyirəm..."