AŞPA prezidenti vəzifəsinə iki nəfər namizəd var

7 Oktyabr 2017 15:27 (UTC+04:00)

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Stella Kiriakides (Kipr) və Emanuelis Zinqerisdir (Litva).

Xatırladaq ki, Assambleyanın prosedur qaydalarına uyğun olaraq, prezident oktyabrın 9-da Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Bu yolla seçilən prezident yanvarın 22-26-da Strasburqda keçiriləcək növbəti sessiyanın açılışına qədər vəzifədə qalır.

AzNews.az