Prezidentin böyük qardaşı vəfat etdi

7 Oktyabr 2017 16:00 (UTC+04:00)

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, prezidentin qardaşı 67 yaşında vəfat edib. O, Tacikistanın paytaxtı Düşənbə şəhərində yerləşən xəstəxanaların birində müalicə alırdı. Prezidentin qardaşı həkimlərin səyinə baxmayaraq miokard infarktından dünyasını dəyişib.

Nuriddin Rəhmonun meyiti artıq vertolyotla yaşadığı Danqara rayonuna gətirilib. Hal-hazırda prezident mərhum qardaşının meyitinin gətirildiyi ərazidədir. Prezidentə başsağlıqları verilir. Dəfn mərasimi sabah keçiriləcək. Rəsmi olaraq Nuriddin Rəhmonovun vəfatı ilə bağlı hələ məlumat verilməyib. O, ictimai vəzifə tutmayıb və son illərdə təqaüdə çıxıb.