Sürücü maşını piyadaların üzərinə sürdü - Fotolar

7 Oktyabr 2017 18:20 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, London Milli Tarix Muzeyinin qarşısında baş verən hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir. Polis hadisə ilə əlaqədar 1 nəfəri saxlayıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

"Sky News"un xəbərinə görə, London polisi hadisənin terrorla əlaqəli olmadığını düşünür.