Xızıda ana və oğul yol qəzasında öldü

7 Oktyabr 2017 19:19 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Sitalçay qəsəbəsi ərazisində Zəka Nağıyev idarə etdiyi “Mersedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində, sərnişini - anası Elnarə isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az