Nigeriya yığması dünya çempionatına vəsiqə qazanıb

7 Oktyabr 2017 22:09 (UTC+04:00)

"Report" xəbər verir ki, komanda turnirin Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Zambiyanı məğlub edib.

Uyo şəhərində keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Aleks Ayuobi vurub.

"B" qrupunun digər oyununda Kamerun yığması Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanıb.

DÇ-2018 - Afrika. B qrupu. 5-ci tur

Nigeriya – Zambiya - 1:0

1:0 – Ayuobi – 73

Kamerun – Əlcəzair - 2:0

1:0 – N'Cie – 25, 2:0 – Pangop – 88

AzNews.az