Goranboyda ağır qəza - avtomobil aşdı

8 Oktyabr 2017 11:55 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1-i qadın, 2-i kişi olmaqla, 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.