Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub

8 Oktyabr 2017 15:34 (UTC+04:00)

AzNews.az MN-nə istinadən xəbər verir ki, gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.

Əvvəlcə İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən” raket katerini ziyarət edib.

Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin təamlarını təqdim ediblər.