“İcra başçıları özlərini kral kimi aparır”

21 Fevral 2013 10:38 (UTC+04:00)


Milli Məclisin Sosial siyasət komitəsinin iclasında millət vəkili, akademik Yaqub Mahmudov rayon icra başçılarını tənqid edərək bildirib ki, ölkə prezidenti insanlara etimad göstərir, amma onlar bunu doğrultmurlar.
"Bunlar içərisində rayon icra hakimiyyəti başçılarını da göstərmək olar. Ancaq bəzən icra hakimiyyəti başçıları özlərini kral kimi aparırlar".

Yaqub Mahmudov hesab edir ki, bu məsələnin qarşısı alınmalı, bu kimi özbaşınalıqlar yığışdırılmalıdır.

AzNews.az