Xaçmazda 4 otaqlı ev yanıb

8 Oktyabr 2017 20:39 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.

rEvin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.