Federika Mogerininin müavini Azərbaycana gəlib

9 Oktyabr 2017 12:47 (UTC+04:00)

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidisin APA-ya verdiyi məlumata görə, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə əsasən "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

İki günlük səfər zamanı qonağın Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

AzNews.az