İsgəndər Xəlilov istefa verdi

21 Fevral 2013 11:14 (UTC+04:00)


Bu haqda Lent.az-a federasiyanın vitse-prezidenti Fuad Quliyev məlumat verib.

F.Quliyevin sözlərinə görə, İ.Xəlilov işlərinin çoxluğu ilə əlaqədar istefa verib. Onu əvəzləməyə yeganə namizəd oğlu Rəhman Xəlilovdur. Federasiyanın hesabat-seçki konfransı Novruz bayramı ərəfəsində baş tutacaq. Həmin konfransda bu əvəzləmə rəsmiləşəcək.

Qeyd edək ki, ölkəmizdə qış idman növləri üzrə daha bir qurumun - Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti İskəndər Xəlilovun digər oğlu Rauf Xəlilovdur.