İlham Əliyev bu il 14 dəfə xarici ölkələrə səfər edib

9 Oktyabr 2017 13:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə Bakıya gəldiyini deyib və hər bir səfərin Azərbaycan üçün faydalı olduğunu vurğulayıb.