İçkinin qadağan olunduğu İranda 200 min “alkaş” var

21 Fevral 2013 11:36 (UTC+04:00)

İran İslam Respublikasında spirtli içkilərdən istifadə tamamilə qadağan olunmasına baxmayaraq, ölkədə 200 min alkoqol aludəçisi var. Bu barədə məlumatı İran polis qüvvələrinin rəisi İsmayıl Əhmədiyyə Müqəddəm verib.

Onun sözlərinə görə, bu alkoqollu içkilərə aludə olan qeydiyyatdakı şəxslər sayıdır. Mövzu ilə bağlı ətraflı danışmayan polis rəisi İranda həmçinin narkotik vasitələrdən istifadə edənlərin də sayının 3 milyona yaxın olduğunu bildirib.

Məlumat üçün bildirək ki, İranda spirtli içkilərin təkcə satışına görə yox, həm də istifadəsinə görə ağır cəza nəzərdə tutulur. Buna görə şəxs şallaqlana, pul cəriməsi ödəyə və hətta həbs oluna bilər.

Elnarə Əlosmanqızı
AzNews.az