40 yaşlı kişi arvadını güllələdi - Xəstəxanaya aparanda maşını aşırdı + Yenilənib

10 Oktyabr 2017 12:26 (UTC+04:00)

“Report”un xəbərinə görə, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

***

10:36

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

AzNews.az