Bakıda bu avtomobillər bahalaşıb - Qiymətlər

10 Oktyabr 2017 14:02 (UTC+04:00)

Bu barədə Fins.az-a “Lada” markasının Azərbaycanda rəsmi nümayəndəsi “Xəzər Lada” şirkətindən bildirilib. Məlumata görə, Rusiyada “Lada”ya aid avtomobillərin qiyməti stabil qalsa da, iyul ayından etibarən məzənnəyə görə gömrük xərclərinin dəyişməsi Azərbaycanda bu avtomobillləri nisbətən bahalaşdırıb. Yeni “Lada” modelləri 200-300 manat bahalaşıb: “Məsələn “Niva” modelləri 14 min manata gətirilirdisə, indi 14200-14300 manata gətirilir”.

Qeyd edək ki, hazırda avtomobil elan saytlarında yeni model “Niva” 19500 manata, “Granta” 16500 manata, “Priora” 15500 manat, “Vesta” 22 000 manat, “Kalina” 16 700 manata təklif edilir.

AzNews.az