“Yuğ” Teatrının rəhbərliyində dəyişiklik - Mehriban Ələkbərzadə mühüm posta gətirildi

10 Oktyabr 2017 14:52 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu dəyişiklik sözü gedən qurumun növbəti kadr islahatlarıdır.

Nazirlikdən bildirilən məlumata görə, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulovun yerinə müvəqqəti olaraq Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə təyin edilib. “Yuğ”un baş rejissoru Gümrah Öməri isə əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə əvəzləyəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az