ABŞ İran İnqilab Keşikçiləri Ordusunu terrorçu elan edə bilər

10 Oktyabr 2017 16:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Vaşinqtonun bu barədə qərar qəbul etməsi gözlənilir.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusu İran hərbi qüvvələrinin ən böyük qoşunudur.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Amerika hökuməti belə bir addım atarsa, müvafiq tədbir görmək üçün bütün seçimləri nəzərdən keçirəcəklərini bildirib.

“Amerikalılar “İŞİD”i dəstəkləyir. Buna görə İnqilab Keşikçilərinə qarşı acıqlıdırlar. Lakin İnqilab Keşikçilərinə zərər verə bilməyəcək qədər kiçikdirlər” – deyə Vilayəti qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az