Siyəzəndə ağır qəza - motosikletlə maşın toqquşub

10 Oktyabr 2017 21:43 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.