Siqareti söndürməkdən imtina edən şəxsə qeyri-adi cəza verdi – Video

11 Oktyabr 2017 10:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, menecer siqaret çəkən şəxsdən siqareti söndürməsini tələb edib.

Lakin sonuncu bundan imtina edib. Menecer bir neçə dəfə yanacaqdoldurma məntəqəsində siqaretin qadağan olunması barədə xəbərdarlıq etsə də, gənc buna məhəl qoymayıb.

Nəhayət, menecer gəncin əlindəki siqareti yanğınsöndürmə balonu ilə söndürməyə qərara verib.

Bəxtiyar Abbasov

AzNews.az