İlham Əliyev İspaniya kralına məktub göndərib

11 Oktyabr 2017 18:05 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.