Ermənistan əsgərinin əlində qumbara partlayıb

11 Oktyabr 2017 18:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində baş verib.

Orada xidmət edən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımı partlayıb. Nəticədə o, xəsarət alıb. Yaralı əsgər xidmət yoldaşları tərəfindən tibb məntəqəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.