Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

11 Oktyabr 2017 21:46 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza növlərinə iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması da əlavə edilir.

Hazırda qəsdən sağlamlığa yüngül zərər vurmağa min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.