Bakıda uşaq ikinci mərtəbədən yerə yıxıldı

12 Oktyabr 2017 09:10 (UTC+04:00)

"Report" xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

AzNews.az