Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib - Video

12 Oktyabr 2017 17:38 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.