" AŞPA-da antiazərbaycan siyasət yürüdən qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər" - XİN

12 Oktyabr 2017 20:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".