“KamAZ” avtobusa çırpıldı - Bakıda (Foto)

12 Oktyabr 2017 21:41 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza marşrut avtobusunun iştirakı ilə baş verib. Belə ki, qəsəbə istiqamətində hərəkət edən 163 saylı avtobus qarşı tərəfdən gələn “90 ST 654” nömrə nişanlı yük maşını ilə toqquşub.

Şahidlərin sözlərinə görə, “KamAZ” markalı maşın əks yola çıxaraq avtobusla çırpılıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.