YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən seçki yenə nəticəsiz oldu

12 Oktyabr 2017 21:58 (UTC+04:00)

AzNews.az ixarici KİV-ə stinadən xəbər verir ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 3 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir və Fransa təmsilçiləridir. Bir qədər əvvəl Çin və Livan təmsilçiləri namizədliyini geri götürüb.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.