Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub

12 Oktyabr 2017 22:20 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.

7 saylı şəhərlərarası marşrut üzrə işləyən “Qazel” markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.