Əvvəl ABŞ, indi də İsrail YUNESKO-dan çıxır

12 Oktyabr 2017 22:42 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.

Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı “absurd teatrı” adlandırıb:

"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".

Bundan əvvəl ABŞ 1 yanvar 2019-cu il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.