Balotelli Messiyə sataşdı

21 Fevral 2013 14:09 (UTC+04:00)


Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanlarında "Barselona"ya 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra Balotelli matçla bağlı rəsmi twitter hesabında fikirlərini bildirib.

"ÇL-in qaydalarına görə, mən bu görüşdə iştirak etmədim. Amma başa düşmürəm, bəs, Messi bu görüşdə niyə oynamırdı?" – deyə tvit atan Balotelli bununla dünənki qarşılaşmada heç nə ilə fərqlənməyən, rəqib qapısına bir dəfə də olsun zərbə endirməyən Messiyə sataşıb.


Qeyd edək ki, Balotelli bu mövsümün əvvəlində keçmiş komandası "Mançester Siti"nin heyətində ÇL-ə sifariş olunduğu üçün "Milan"a dünənki oyunda kömək edə bilməyib.