Məyadin şəhəri İŞİD-dən azad edildi

14 Oktyabr 2017 23:34 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Suriya hökumət qoşunları Məyadin şəhərində İŞİD silahlılarının məhv etdirilməsi əməliyyatını başa çatdırıblar. General Həsən Suhəlin komandanlıq etdiyi qüvvələr terrorçuların qızğın müqavimətini qıraraq, şəhəri tamamilə azad ediblər.

Hazırda Həsən Suhəlin komandanlıq etdiyi ordu birləşməsi Rusiya aviasiyasının dəstəyi ilə hücumu davam etdirir.