İran İraq Kürdüstanı ilə quru sərhədini bağladı

15 Oktyabr 2017 11:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə bazar günü "Al Mayadin" telekanalı məlumat yayıb.

Tehrandan məsələ ilə bağlı rəsmi təsdiq hələlik yoxdur.

Bundan əvvəllər İslam Respublikası İraq Kürdüstanı ilə müstəqillik haqqında referenduma cavab olaraq hava sərhədini bağlamışdı.