Avstriyada Federal Məclisə seçkilər keçirilir

15 Oktyabr 2017 12:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 22-ci Federal Məclisin üzvlərini seçmək üçün 6,4 milyon insanın səsvermə hüququ var.

Seçkilərdə 16 partiya və siyasi hərəkat iştirak edir. Onlar arasından Avstriya Xalq Partiyası, Sosial Demokrat Partiyası, Avstriya Azadlıq Partiyası, Yeni Avstriya Partiyası və Gələcək üçün Yeni Hərəkət Partiyasının 4 faizlik baryeri aşacağı proqnozlaşdırılır.

34 ildir ki, koalisiya hökuməti ilə idarə olunan Avstriyada bu dəfə də yeni koalisiyanın qurulması gözlənilir.