Həmsədrlər bəyanat yaydı - Prezidentlərin görüşü ilə bağlı

16 Oktyabr 2017 17:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, vasitəçilər görüşün konstruktiv mühitdə keçdiyini bildiriblər:

"Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün tərəflərlə işləməyə həmişə hazırdırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".