Gənc oğlan özünü ticarət mərkəzində öldürdü

16 Oktyabr 2017 19:22 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Binə” ticarət mərkəzində 1994-cü il təvəllüdlü Hüseynov Xaliq Şaiq oğlu özünü anbarda asaraq intihar edib.

Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbə sakini olan X.Hüseynovun ticarət mərkəzində satıcı işlədiyi bildirilir.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.