Nigar Yaqublunun məhkəməsi fevralın 26-da olacaq

21 Fevral 2013 16:57 (UTC+04:00)
Bu gün Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Nigar Yaqublunun işi üzrə şikayətə Sumqayıt şəhər Apelyasiya Məhkəməsində baxılıb. Modern.az-ın məlumatına görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə Nigar Yaqublunun vəkilləri ilə yanaşı qohumları, partiya yoldaşları və jurnalistlər iştirak ediblər.

Məhkəmə prosesində Aydın Acalovun ölümü ilə nəticələnən qəzanın görüntülərinin təhlükəsizlik kamerasında əks olunan görüntülərinə baxış keçirilib. Ekspert Vüqar Quliyev şahid qismində ifadə verib.

Nigar Yaqublunun vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırsalarda vəsatət təmin olunmayıb.

Müşavirədən sonra növbəti məhkəmənin fevralın 26-da keçiriləcəyinə qərar verilib.

Xatırladaq ki, N. Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında qəzasında təqsirli bilinərək məhkum olunub. O, Cinayət Məcəlləsinin 283.2-ci maddəsi ilə ittiham olunur. N.Yaqublu hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

AzNews.az