İraq ordusu Kərkükü tamamilə geri aldı

16 Oktyabr 2017 19:57 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib.

Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir.

İraq Kürq Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.

Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.