26 yaşlı gənc liftin şaxtasına düşərək öldü - Bakıda

16 Oktyabr 2017 21:54 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.