Gürcüstanda qubernator institutu ləğv ediləcək

21 Fevral 2013 17:15 (UTC+04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda qubernator institutunun ləğv edilməyi planlaşdırılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Narimaniya bildirib. Nazir qeyd edib ki, yeni tənzimlənmə 2014-cü ildə baş tutacaq yerli özünü idarəetmə orqanlarına seçkilərdən sonra qüvvəyə minəcək.

Nazir bildirib ki, ərazi vahidlərinin sərhədlərinin formalaşdırılması qanunauyğunluğa görə müəyyənləşdiriləcək. Ehtimal olunur ki, bölgələrdə hakimiyyət nümayəndəsinin təmsil olunduğu orqan təşkil olunacaq və bu yerli özünü idarəetmə nümayəndələrinin seçilmiş tərkibindən yaradılacaq. Bölgədə icra hakimiyyəti olacaq və ona administrasiya rəhbəri başçılıq edəcək.

Dairə administrasiyasının üç rəhbər namizədi dairə şurasını seçəcək və bu şura yerli özünüidarəetmə nümayəndələrindən yaradılacaq.

AzNews.az