Qızıl ucuzlaşdı - 8 dollar

17 Oktyabr 2017 09:19 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% - 7 526,97 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,09% - 13 003,70 bəndədək, Fransa CAC-40-ı isə 0,21% - 5 362,88 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,20 dollar azalaraq 1 294,80 dollara, gümüş isə 0,15 dollar azalaraq 17,22 dollara satılıb.

AzNews.az