33-cü mərtəbədən yerə düşən işçinin - Fotosu

17 Oktyabr 2017 10:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlunun yaxınları BAKU.WS-ə foto və məlumat veriblər.

Məlumata görə, Orxan Əhmədov binanın 33-cü mərtəbəsində iş görərkən yıxılıb.

“Hadisə axşam saatlarında baş verib. Orxan iş yoldaşına deyib ki, yuxarıda işi var, həll edib gəlir. Liftfə işləyərkən sürüşüb və 33-cü mərtəbədən aşağı düşüb”, - deyə mərhumun yaxınları qeyd edib.

Hadisə yerinə gələn FHN-nin xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.