Səudiyyə Ərəbistanı Kralı prezidentimizi təbrik etdi

17 Oktyabr 2017 16:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm".