Gülün Sarkisyanı təbrik etməsinə münasibət bildirdi -VİDEO

21 Fevral 2013 20:32 (UTC+04:00)
Serj Sarkisyanı yenidən Ermənistan prezidenti postuna seçilməsi münasibətilə təbrik edən dövlət başçıları arasında Türkiyə prezidenti Abdulla Gül də olub. Türkiyə prezidentinin bu addımı barədə yayılan məlumatlara Azərbaycanın Prezident Adminstrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov münasibət açıqlayıb.

"Türkiyə ilə Ermənistan arasında heç diplomatik əlaqələr də yoxdur. Ümumiyyətlə rəsmi məlumat olmadığına görə, o qədərdə çox olmayan, yəni 1-2 təbrik eşitmişəm ki, cənab Sarkisyanın ünvanına gəlib. Hər halda bununla bağlı müəyyən dəqiqləşdirmə aparandan sonra düşünürəm ki, müəyyən mövqe bildirmək mümkün olacaq. Əgər belə bir təbrik olubsa, Türkiyə Respublikası xalqının, yaxud prezidentin mövqeyidir hələlik bununla bağlı məndə heç bir məlumat yoxdur".