Kömür mədəni uçdu - 6 nəfər öldü

17 Oktyabr 2017 17:49 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, lisensiyasız fəaliyyət göstərən mədəndə baş verən uçqun zamanı 6 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb. Əraziyə cəlb olunan polis və xilasetmə qrupları uçqun altında qalan 1 nəfəri xilas etməyə çalışır.

Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən hadisə ilə əlaqədar edilən şərhdə mədənin lisensiyasız olduğu bildirilib.