ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yayıb

17 Oktyabr 2017 21:22 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda həmçinin deyilir: "Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır