Dünyaca məşhur "Min möhtəşəm günəş" əsəri Azərbaycan səhnəsində

18 Oktyabr 2017 11:53 (UTC+04:00)

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır.

Teatr rəhbərliyindən AzNews.az-a verilən məlumata görə, onlar 136-cı mövsümü 26 oktyabr 2017-ci il tarixində açacaq. Belə ki, həmin gün saat 19:00-da “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı nümayiş olunacaq.