Qar çovğunu ABŞ-ı iflic edib

22 Fevral 2013 08:37 (UTC+04:00)



Trend-in verdiyi məlumata görə, çovğun əsasən, ABŞ-ın Kolorado, Nyu-Meksiko, Arkanzas, Missuri və Kanzas ştatlarına toxunub.
Məlumatda bildirilir ki, nəticədə həmin ərazilərə 40 santimetr qar yağıb. Hakimiyyət orqanları isə qarın ağırlığı nəticəsində elektrik xətlərinin dağılmasından narahatdırlar.
Missuri ştatının rəsmiləri artıq fövqəladə vəziyyət elan ediblər və insanları ehtiyac olmadıqda evlərini tərk etməməyə çağırıblar.
Kanzas ştatında isə dövlət orqanları və məktəblər bağlanıb.
Pis hava şəraitilə bağlı Nebraska və Oklohama ştatlarında baş vermiş ağır yol qəzalarında iki nəfər ölüb. Hər iki qəzaya səbəb isə pis görüntü və yolların buz bağlaması olub.

AzNews.az