Eşq və çəki arasında bağlantıya DİQQƏT

22 Fevral 2013 08:43 (UTC+04:00)


Araşdırmada iştirak edən qadınların 62 faizinin aşiq olduqdan sonra arıqlamağa başladıqları ortaya çıxıb. Bundan başqa sevgilisi olan qadınların digərlərinə nisbətən daha sürətlə arıqladığı da məlum olub.

Professor Craig Cekson bu vəziyyəti psixoloji səbəblərlə əlaqələndirib. Onun sözlərinə görə, fiziki təsirlə yanaşı, aşıq olan insanların daha düzgün qidalanma rejiminə keçməsi də səbəblər arasındadır.

Professor eyni zamanda sevgilisinə xəyanət edən şəxslərin də arıqlamağa meylli olduğunu bildirib: "Yalan danışmaq və sevgiliyə xəyanət etmək stress yaradır və iştahanı azaldır. Buna görə də sevgilisinə xəyanət edən şəxslər getdikcə arıqlayır".


Elnarə Əlosmanqızı
AzNews.az