Hava hücumları zamanı 6 nəfər öldü

18 Oktyabr 2017 23:00 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin Barat Əl Ənan bölgəsindəki Rohob kəndində həyata keçirdiyi hava hücumları zamanı 4-ü uşaq olmaqla 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə uşaqları öldürdüyünə görə, Birləşmiş Millətlər Təşkilatının qara siyahısına daxil edilib.